CƏMİYYƏT


Azərbaycanda yaşayan ingiloylar haqqında sənədli film hazırlanıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi” layihəsi çərçivəsində növbəti sənədli filmi hazırlayıb.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sayca beşinci olan filmdə Azərbaycanda yaşayan ingiloylar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti, ibadət yerləri barədə geniş məlumat verilir.

Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film “Qafqaz Albaniyasının varisləri” - udilərə, üçüncü film – “Biz birlikdə güclüyük” Vətən müharibəsində nümayiş olunan birliyə, dördüncü film Azərbaycanda yaşayan malakanlara həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.