CƏMİYYƏT


Azərbaycanda yeni koronavirusa qarşı daha 33 min 33 doza vaksin vurulub

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 33 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4148, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 28885 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 626 min 916-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 996 min 400, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 630 min 516 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.