CƏMİYYƏT


Azərbaycanda yeni koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 452 min 997 nəfərdir

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14830 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9981, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4849 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 352 min 210-dur. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 899 min 213, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 452 min 997 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.