REGİONLAR


Azərbaycanda yeni salınan badam bağlarından ilk məhsul yığılacaq VİDEO

Yaxın gələcəkdə badama olan tələbat yerli istehsal hesabına ödəniləcək

Şabran, 21 avqust, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda yeni salınan badam bağlarından ilk məhsul yığılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabranının Ağalıq kəndində əkilən 23 hektar badam bağında məhsul yığımına bir həftə sonra başlanılacaq. Bu il bağdan, ümumilikdə, 6-7 ton məhsul yığılması gözlənilir. Badam ağacları tam məhsula düşəndən sonra isə hər hektardan 6-10 ton arası məhsul verəcək.

Aqronom Rəşad Ərəbov bildirib ki, becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir. İlk il üçün məhsuldarlıq yaxşıdır. Bağdan toplanan məhsul yerli bazarda satılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb. Əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə badama olan tələbatını yerli istehsal hesabına ödəyə biləcək.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.