REGİONLAR


Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır

Xırdalan, 3 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı müasir dövrdə peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu prosesdə şagirdlərə köməyi zəruri edir. Fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşə seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlərin özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən də gənclərin peşəyönümlülüyünə uyğun maarifləndirici bələdçilik xidmətlərinə ehtiyacının artdığı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Abşeron rayonunda, Xırdalan şəhər 3 nömrəli məktəb-liseyində keçirilən “İxtisas bələdçisi” adlı maarifləndirmə seminarında səsləndirilib.

Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları, 9-11-ci sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.

Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə - bacarıq, maraq, istək, qabiliyyət üzrə özünü tanımasıdır.

Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.

Seminar iştirakçılarına karyera məsləhətçiləri tərəfindən ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.