REGİONLAR


Azərbaycanda yüksək məhsuldar cins heyvanların yetişdirilməsi məqsədilə yeni pilot layihəyə başlanılıb

Bakı, 3 iyul, AZƏRTAC

Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Layihənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, mərkəzin əldə etdiyi toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir.

Layihə çərçivəsində iyunun 30-da 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.