Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər.

AZƏRTAC müraciəti təqdim edir.

-Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri XX əsrin ən qanlı faciələrindən biri olan və insanlıq əleyhinə ən ağır hərbi cinayətlər sırasında yer alan Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində bütün dünya ictimaiyyətinə müraciət edirik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib. Xocalıda insanlıq əleyhinə yönələn ən ağır cinayətlərdən sayılan məqsədyönlü soyqırımı aktı Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklərin kulminasiya nöqtəsi idi. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, fiziki və mənəvi terror, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın təcavüzkar siyasətinin nəticələri idi.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladı. Ermənistan silahlı qüvvələri azərbaycanlı hərbçilər, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Buna cavab olaraq Azərbaycan silahlı qüvvələri əks-hücum əməliyyatı həyata keçirdi, 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsi gedişində Ermənistan ordusu Azərbaycana qarşı müharibə cinayətlərini davam etdirdi. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar Ermənistan Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgələrindən uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan atəşə tutdu. 11 nəfəri uşaq olmaqla 94 mülki şəxsin qətlə yetirilməsi, 414 dinc sakinin yaralanması, 2465 yaşayış evinin, 97 çoxmənzilli binanın, 495 mülki obyektin dağıdılması, mahiyyət etibarilə, soyqırımı siyasətinin davamı oldu. Ermənistanın atəşkəs imzalanmasından sonra minalanmış ərazilərin xəritəsini təqdim etməməsi insan tələfatında maraqlı olan Ermənistanın aqressiv xislətini səciyyələndirən daha bir nümunədir. Ermənistan tərəfinin 30 il ərzində torpağa basdırdığı minalar səbəbindən yüzlərlə mülki şəxs qurbana çevrilir - həyatını itirir, ömürlük əlil olur.

Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırımı ilə yanaşı, mənəvi təcavüz və mədəni irsə qarşı genosid həyata keçirib. Xarici müşahidəçilərin qeyd etdikləri kimi, vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərləri işğal dövründə ruhlar məkanına çevrilmiş, yandırılmış torpaq siyasətinə məruz qalmış ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələr yerlə-yeksan edilib. Qəsbkar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 tarixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılmış və talan edilmiş, əsarətdə qalan xristian kilsələri qriqoryanlaşdırılmış, məscidlər tövləyə çevrilərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərinə məruz qalıb. Qəsbkarlar işğal etdikləri ərazilərdə erməni izi yaratmaq məqsədilə Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya məhv edib sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününküləşdirib, qriqoryanlaşdırıblar. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Təəssüflər olsun ki, hazırda Ermənistanın siyasi, ictimai və dini dairələri yenə də erməni terrorçuları və ekstremistlərinin faşizm xislətli əməllərinə dəstək verməklə öz xalqını yeni savaşlara təhrik edirlər.

Otuz ilə yaxın müddət ərzində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Lakin təəssüf ki, bəziləri Ermənistanın yalançı təbliğatına uyaraq, bu dəhşətli cinayətə etinasız yanaşırlar. Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin hüquqi-siyasi qiymət almamasında bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terrorizm və ekstremizm üçün zəmin yaranır. Erməni terrorçuları törətdikləri hərbi cinayətlərə görə hələ də beynəlxalq məhkəmələrdə mühakimə olunmamış, layiqli cəzalarını almayıblar. Xocalı soyqırımında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Bu soyqırımını törədən, öz xalqını işğalçı müharibəyə sürükləyən, erməni irqçi-faşist ideologiyasının banisi Njde Qareginə abidə ucaldan irqçilərin ədalət qarşısında cavab vermək zamanı gəlib çatıb!

Azərbaycan dindarları və din xadimləri ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daima uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirlər. Biz bütün dünya xalqlarına sülh, əmin-amanlıq və rifah arzulayırıq. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, BMT və digər beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə müraciət edərək Azərbaycan xalqına qarşı Ermənistanın törətdiyi təcavüzü və vəhşiliklərə hüquqi-siyasi qiymət verməyə, Holokost, Ruanda, Srebrenitsa kimi, Xocalı faciəsini də bəşəri cinayət - soyqırımı aktı kimi tanımağa çağırırıq.

Eyni zamanda, Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın nəhayət bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyillərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni apostol kilsəsi bu istiqamətdə fəal çalışmalı, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir.

Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili və Azərbaycandakı Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski imzalayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

Şirvan şəhərindəki FHN-in yanğın-taktiki təliminə 16 texnikası və 45 əməkdaşı cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama