SİYASƏT


Azərbaycandakı diplomatik korpusun nümayəndələri Ağdama gedirlər

Bakı, 28 noyabr, AZƏRTAC 

“Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan azad olunmuş Ağdama aparırıq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqırımı nümunəsidir. “Qarabağ” futbol klubunun üzvləri də bizimlədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.