CƏMİYYƏT


Azərbaycandakı müasir tələblərə cavab verən onkoloji müalicə müəssisəsi ilə əməkdaşlıq təqdirəlayiqdir

Bakı, 16 sentyabr, AZƏRTAC

Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Milli Onkologiya Mərkəzi yüksək infrastruktura malikdir. Mərkəzdə gördüklərimiz bizə ən yüksək dünya standartlarının nədən ibarət olduğunu nümayiş etdirdi. Azərbaycandakı müasir tələblərə cavab verən onkoloji müalicə müəssisəsinin dünyanın aparıcı klinikalarından biri kimi qəbul olunaraq onunla əməkdaşlıq edilməsi təqdirəlayiqdir.

Bunu Bakıda keçirilən multidissplinar xərçəngin müalicəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Stefan Tervindt kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

Mütəxəssis konfransın təşkilinin yüksək səviyyədə olduğunu və müxtəlif ölkələrin nümayəndələri arasındakı təcrübə mübadiləsinin onkoloji xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verəcəyinə inamını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.