SİYASƏT


Azərbaycandakı yəhudi dini icmalarının nümayəndələri “Ana harayı” abidəsini ziyarət ediblər VİDEO

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycandakı yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmalarının adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib: “Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahsız azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.