İQTİSADİYYAT


Azərbaycandan 6 milyard dollarlıq xam neft və neft məhsulları ixrac edilib

Bakı, 15 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 558,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 6 milyard 398,1 milyon ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 19 milyon 554,2 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 9 milyard 541,3 milyon dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.