İQTİSADİYYAT


Azərbaycandan 73 min ton pambıq lifi və 6,6 min ton pambıq ipliyi ixrac olunub

Bakı, 20 noyabr, AZƏRTAC

Bu ilin 10 ayında Azərbaycandan 73 min ton pambıq lifi və 6,6 min ton pambıq ipliyi ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 96 milyon, pambıq ipliyinin dəyəri isə 13,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 91,8 milyon dollarlıq 65,8 min ton pambıq lifi, 24,5 milyon dollarlıq 10,3 min ton pambıq ipliyi ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.