İQTİSADİYYAT
Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə efir yağları ixrac olunacaq
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Ticarət Nümayəndəsi Aparatının dəstəyi və iştirakı ilə Zaqatala rayonunda yerləşən “Ləcheq” MMC ilə BƏƏ-nin Ajman şəhərindəki “Lavish Perfumes” şirkəti arasında efir yağlarının bu ölkəyə ixracına dair müqavilə imzalanıb.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə bu il ərzində 6 ton efir yağının BƏƏ-yə ixracı nəzərdə tutulur. Növbəti illərdə isə BƏƏ ilə yanaşı, digər Körfəz ölkələrinə də ixracla bağlı razılıq əldə edilib. Ajman Ticarət və Sənaye Palatasında keçirilmiş imzalanma mərasimində Ticarət Nümayəndəsi Aparatı tərəfindən gələcəkdə bu kimi şirkətlərin sayının artırılması, eləcə də Azərbaycan və Ajman şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]