İQTİSADİYYAT


Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 727 milyon 715 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu ötən ilin analoji dövrünə nisbətən 87 milyon 550 min dollar çoxdur. MDB ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 978 milyon 318 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.