MƏDƏNİYYƏT


Azərbaycandan Özbəkistana göndərilən zəngin kitab kolleksiyasının sərgisi açılıb

Daşkənd, 11 yanvar, АZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb.

Sonra bu kitablar Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcək. Bundan başqa son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər də mərkəzə hədiyyə olunacaq.

Xatırladırıq ki, hazırda universitetdə açılacaq mərkəzdə son işlər aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.