İQTİSADİYYAT


Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artıb VİDEO

Bakı, 22 dekabr, AZƏRTAC

Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov dekabrın 22-də Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda deyib.

Nazir bildirib ki, bu ilin 11 ayında Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artaraq 517 milyon kilovat-saat olub. “Hazırda qlobal enerji sektorunda iqlim dəyişikliyindən qaynaqlanan transformasiya prosesi baş verir. Milli səviyyələrdə qlobal enerji trendlərini nəzərə alan hədəflər müəyyənləşir. Elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səyləri artırılması aktuallaşır”, - deyə Pərviz Şahbazov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.