İQTİSADİYYAT


Azərbaycandan aparılan tinglərlə Kolumbiyada 10 hektar nar bağı salınıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvlərindən biri tərəfindən Azərbaycandan aparılan tinglərlə Kolumbiyada 10 hektar nar bağı salınıb. Assosiasiya bir çox ölkələrdə tingçilik təsərrüfatını inkişaf etdirməklə Azərbaycan tinglərinin satışını planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov jurnalistlərə müsahibəsində deyib. O nəzərə çatdırıb ki, hazırda assosiasiyanın 28 üzvü var. Onlardan 8-i iri nar istehsalçısı olaraq, nar məhsullarının komponentlərinin istehsalı ilə məşğuldur. Digərləri isə kiçik və orta fermerlərdir. Yaxın gələcəkdə onların sayı 40-dək artacaq. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi də öz dəstəyini əsirgəmir: “İstehsalçılarımız isə əsasən nar şirəsi, nar konsentratı, nar tumundan yağ və alkoqollu içkilərin istehsalı üzrə ixtisaslaşıblar”.

Fərhad Qaraşov, həmçinin bildirib ki, narçılıq sahəsində torpaqdan başlayaraq, satışa qədər bəzi problemlər var. Hazırda bu problemlərin həlli istiqamətində iş aparılır. Assosiasiyanın veb-saytının yaradıldığını deyən F.Qaraşov nar istehsalı ilə məşğul olan istənilən fermerin problemləri ilə bağlı assosiasiyaya və ya sayt vasitəsilə müraciət edə biləcəyini və həmin şəxslərə hər cür köməklik göstəriləcəyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.