Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edənlərdən tələb olunan sənədlər müəyyənləşib
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Ölkəmizdən hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb olunan sənədlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov rəsmi “Facebook” səhifəsində məlumat verib.
Qeyd edilib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb edilir. Rusiya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən altı yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunur.
Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini (daimi yaşama icazəsi olanlara aid deyil) və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nağd pul və sair) təqdim etməlidir.
Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidirlər.

Xəbərin mətnində orfoqrafik səhv var