Azərbaycandan ixrac edilən neft məhsullarının həcmi 2 dəfəyədək artıb
AzerTAg.az
09.03.2018 [10:47]
Bakı, 9 mart, AZƏRTAC
Cari ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Yanvar-fevral aylarında ixrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında ölkədən 117 min 963 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri isə 46 milyon 331 min dollar təşkil edib.
Beləliklə də, bu ilin ötən iki ayında Azərbaycandan ixrac edilən neft məhsullarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
04.03.2021 [15:03]
04.03.2021 [10:46]
04.03.2021 [10:20]

MULTİMEDİA
04.03.2021 [18:41]
04.03.2021 [14:59]
01.03.2021
05.03.2021 [08:00]
04.03.2021 [23:26]
05.03.2021 [01:29]
04.03.2021 [18:51]
04.03.2021 [18:46]
04.03.2021 [19:13]
04.03.2021 [18:58]
04.03.2021 [18:43]
04.03.2021 [18:40]
04.03.2021 [21:46]
04.03.2021 [18:49]
04.03.2021 [17:25]
03.03.2021 [18:01]
02.03.2021 [16:00]
04.03.2021 [21:30]
04.03.2021 [16:54]
04.03.2021 [15:16]
04.03.2021 [14:25]
05.03.2021 [06:24]
Xəbərin mətnində orfoqrafik səhv var