İQTİSADİYYAT


Azərbaycandan keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan yola salınıb

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan üzərindən keçməklə Çindən Gürcüstana gedən ilin ilk blok qatarı Bakıdan Tbilisiyə yola salınıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, qatar 56 konteynerdən ibarətdir. Bu yükdaşıma “Maersk” və “MSC” şirkətlərinin sifarişi əsasında həyata keçirilir. Konteynerlər Aktau–Ələt fider xətti ilə Bakı Limanına çatdırılıb. Onlardan 41-i Sian, 15-i isə Çinqdao şəhərindən yola salınıb. Qatarın yükü, əsasən avtomobil şinləridir.

Qatar artıq Bakıdan Tbilisiyə yola salınıb. Konteynerlərin sabah Tbilisiyə çatacağı gözlənilir.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.