İQTİSADİYYAT


Azərbaycandan neft məhsullarının ixracı çoxalıb

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 636 min 572 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. Yeddi ayda ixrac edilən neft məhsullarının dəyəri isə 334 milyon 6 min ABŞ dolları olub.

Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 476 min 346 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 178 milyon 428 min dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.