ELM VƏ TƏHSİL


Azərbaycandan olan rus dili və ədəbiyyatı müəllimləri Sankt-Peterburqda ixtisasartırma kursu keçirlər

Bakı, 9 avqust, AZƏRTAC

A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində xarici ölkələrdəki rus dili və ədəbiyyatı müəllimləri üçün ixtisasartırma kurslarının təntənəli açılış mərasimi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, 13 yaxın və uzaq xarici ölkədən olan müəllimlər iki həftə ərzində məxsusi olaraq onlar üçün hazırlanmış “Rus dilinin xarici dil kimi tədrisində müasir meyllər və metodikalar” proqramı üzrə təlim keçəcəklər. Bu proqram Rusiya təhsilinin və rus dilinin xaricdə təbliğinə və onun mövqeyinin möhkəmləndirilməsinə yönəlib.

Təntənəli açılış mərasiminin iştirakçılarını A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin rektoru Sergey Tarasov, “Rossotrudniçestvo” Agentliyinin rəhbərinin müavini Pavel Şevtsov, Sankt-Peterburq hökumətinin üzvü – Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev və “Russkiy mir” Fondunun Sankt-Peterburq filialının direktoru Oleq Mukovski salamlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.