İQTİSADİYYAT


Azərbaycandan təbii qaz ixracı azalıb

Azərbaycandan təbii qaz ixracı azalıb

Bakı, 20 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Azərbaycandan 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, 5 ayda ixrac olunan təbii qazın dəyəri 498 milyon 842 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə isə ölkədən 3 milyard 97 milyon 742 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 515 milyon 144 min dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.