MƏDƏNİYYƏT


“Azərbaycanfilm”in istehsal etdiyi ekran əsəri beynəlxalq layihə kimi ilk onluqda yer alıb

Bakı, 4 iyun, AZƏRTAC

“Azərbaycanfilm”in istehsal edəcəyi “Mərmər soyuğu” (rejissor: Asif Rüstəmov) adlı tammetrajlı bədii film Rusiyanın dövlət film təşkilatı “Roskino” və Trieste Film Festivalının (İtaliya) beynəlxalq film marketi “When East Meets West” (Şərqlə Qərb görüşəndə) ilə birgə keçirdiyi platformaya yüzlərlə layihə arasından seçilən 9 beynəlxalq layihədən biri olub.

“Azərbaycanfilm”dən AZƏRTAC-a bildirilib ki, iyunun 8-dən 10-dək rəqəmsal formatda keçiriləcək tədbirdə səkkiz fərqli ölkədən - 17-si Rusiyadan olmaqla 26 ekran əsəri birgə istehsal sahəsindəki pitçinqdə iştirak edəcək. Tədbir çərçivəsində müəlliflər, rusiyalı prodüserlər ilə görüşə və birgə istehsal dəstəyi olan 10 milyon rubl (136,600 dollar) məbləği almaq şansına sahib olacaqlar.

Film daha öncə “A” dərəcəli Tallin və Sofiya beynəlxalq film festivallarının layihə marketi platformalarına seçilib və pitçinqlərdə iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.