İDMAN


Azərbaycanı dünya çempionatında 12 cüdoçu təmsil edəcək

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.

Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.

Yarışa iyunun 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.