Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanı etnik təmizləmədə günahlandıranlar soydaşlarımız yurd-yuvalarından qovulanda harada idilər?

Azərbaycanı etnik təmizləmədə günahlandıranlar soydaşlarımız yurd-yuvalarından qovulanda harada idilər?

Bakı, 24 mart, AZƏRTAC

Ermənilər Cənubi Qafqazın aborigen xalqı deyil. Mənfur qonşularımızın Cənubi Qafqaza köçürülməsi 1724-cü ildən sonra başlayıb. Türkmənçay müqaviləsi və Ədirnə sülh müqaviləsinin nəticələrinə əsasən onların Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçü 1829-cu ildən daha da sürətlənmişdi. Onlar Cənubi Qafqaza köçürüldükdən sonra çox keçmədən öz oğru, mənimsəmə xislətlərini nümayiş etdirdilər. Belə ki, ermənilər bu ərazilərdə mövcud olmuş alban xalqlarına məxsus kilsələri də özününkiləşdirməyə başladılar. Bu azmış kimi azərbaycanlıların öz doğma yurdlarından sıxışdırılma prosesinə başlanıldı. Nəticədə isə ermənilər 1918-cı ildə Azərbaycanın tarixi torpaqlarında monoetnik dövlət yaratdılar. Onlar etnik təmizlənmənin son mərhələsini ötən əsrin 80-cı illərin sonlarında başa çatdırdılar. Azərbaycanlılara qarşı aqressiv münasibət və barışmaz düşmənçilik bununla yekunlaşmadı. Genetikalarında yırtıcılıq və vəhşilik olan bu millət 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətinin suveren ərazilərinin 20 faizini işğal edərək həmin ərazilərdə yaşayan azərbaycanlıları da öz doğma yurdlarından qaçqın və məcburi köçkün saldılar. Həmin etnik təmizlənmə faktlarının dünya ictimaiyyətində müasir baxışların və insan haqlarının qorunması institutlarının formalaşdığı dövrdə baş verməsi böyük faciədir. Çünki həmin dövrdə dünya ictimaiyyəti işğalçılıq siyasətinə qarşı olduğunu və insan haqlarını müdafiə etdiyini açıq şəkildə bəyan edirdi.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, həmin dövrdə baş verənlər dünyadakı proseslərə selektiv yanaşmaların tətbiq edildiyini üzə çıxardı. Belə ki, BMT TŞ-da Ermənistan silahlılarının Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş dörd qətnamə 28 ildə gücsüz bir kağız parçası olduğunu sübut etdiyi halda, bəzi ölkələrlə bağlı qəbul olunmuş qərarlar bir neçə gündə icra olundu. Azərbaycan beynəlxalq normalara hörmətlə yanaşdığından torpaqlarının erməni işğalından azad olunmasını beynəlxalq güclərin təsiri və danışıqlar prosesi ilə həll olunmasını 30 ilə yaxın gözlədi. Nəticədə isə işğala danışıqlar yolu ilə son qoya bilməyəcəyini və Ermənistanın yeni torpaqlar iddiası ilə növbəti müharibəyə çağırışlarının genişləndiyini görən Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə bərpa etdi. 44 günlük şərəfli yol Ermənistanın ağ bayraq qaldırması ilə başa çatdı. Döyüş meydanında başlayan prosesin siyasi danışıqlar masasında davam etdirilməsi razılaşdırıldı. Belə ki, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya sənədinə imza ataraq Azərbaycanın irəli sürüldüyü bütün şərtləri qəbul etməli oldu. Müharibənin başa çatdığı ilk aylarda Ermənistan rəhbərliyi imza atdığı sənədin şərtlərini icra etməyə məcbur oldu. Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan boşaldıldı. Həmin əraziləri tərk edəndə də ermənilər öz vəhşiliklərini və barbarlıqlarını nümayiş etdirdilər. Azərbaycanlılara məxsus evlər yandırıldı, meşələr kəsildi, həmin ərazilərə minalar basdırıldı. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verirdi. Lakin hər zaman olduğu kimi yenə də heç bir beynəlxalq təşkilat və ölkə bu özbaşınalıqları dayandırmaq üçün Ermənistana müraciət etmədi. Hətta Vətən müharibəsinin ilk günlərindən başlayaraq Fransa Azərbaycana hədə-qorxu gəlməyə və BMT-TŞ-da qətnamə qəbul etdirməyə can atdı. Bu müharibə Azərbaycanın haqq savaşı olduğundan və dost, qardaş ölkələr ədaləti dəstəklədiyindən Fransa öz çirkin niyyətinə nail ola bilmədi.

A.Badamov qeyd edib ki, Fransanın erməni sevgisi müharibənin başa çatmasından sonra daha qabarıq hal almağa başlayıb. Onlar çirkin niyyətlərini, ermənilərin müdafiəsini beynəlxalq təşkilatlar və gücləri Azərbaycana təzyiq göstərməyə sövq etməklə həyata keçirməyə çalışırlar: "Azərbaycanı etnik təmizlənmədə günahlandıran, özünü insan haqlarının müdafiəçiləri hesab edən Fransa və digər ölkələr 1 milyon azərbaycanlı öz doğma yurd-yuvasından qovulanda, Xocalı və digər ərazilərimizdə soyqırımılar törədiləndə harada idilər? Araşdırma aparmaq kifayətdir ki, etnik təmizləmənin hansı ölkədə aparıldığı üzə çıxsın. Azərbaycanda müxtəlif xalqların, millətlərin sülh, əmin-amanlıq içərisində yaşadığı, onlar arasında heç bir ayrı-seçkiliyin aparılmadığı göz qarşısındadır. Etnik təmizlənməni Ermənistan aparıb və nəticədə həmin ölkə monoetnik əraziyə çevrilib. Ermənistanda başlanmış etnik təmizlənmə siyasəti bu gün ermənilərin məskunlaşıb qaldığı ərazilərimizdə də davam etdirilir. Belə ki, hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bir azərbaycanlı belə yaşamır. Bütün tarix boyu ermənilər azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti apardığı halda bu gün heç kimin Azərbaycanı ermənilərin etnik təmizlənməsində günahlandırmağa haqqı yoxdur. Halbuki Azərbaycan çoxmillətli və çoxkonfensiyalı ölkədir. O cümlədən 30 min erməni Azərbaycanın digər ərazilərində də yaşamağa davam edir. Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunur. Bütün bunları görə-görə Azərbaycanın etnik təmizlənmədə günahlandırılması ikili standartlar və selektiv yanaşmadan irəli gəlir".

“Azərbaycanın günahlandırıldığı digər bir məsələ isə insan haqlarının pozulmasıdır. Bu gün Fransanın özündə və insan haqların müdafiəsindən danışan digər ölkələrdə insanların sərbəst toplaşma azadlığı kobudcasına pozulur, insanlar döyülür, atların təpiyi altına salınır, üstünə itlər buraxılır və müxtəlif işgəncələrə məruz qalırlar. O cümlədən onlar dəstəklədikləri Ermənistanda baş verən proseslərə də göz yumurlar. Paşinyan hakimiyyəti özündən əvvəlki dövlət başçılarını həbs etdirir, müxalifətin başına müxtəlif oyunlar gətirir və özünə qarşı olan qüvvələri siyasi meydandan silməyə çalışır. Belə ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti apardığı kimi indi də Ermənistan rəhbərliyi siyasi təmizlənmə siyasətini çox dərin və sürətli şəkildə davam etdirir. Paşinyan hakimiyyətinə insan haqlarını pozmağına icazə verilib. Çünki Paşinyan Sorosun yetirməsidir və onların ssenarisinin icraçısıdır. Azərbaycan hakimiyyəti isə müstəqil siyasət yürüdür və xarici dairələrin təsiri altında deyil. Bunu qəbul etmək istəməyən Qərb formal beynəlxalq təşkilatların əli ilə Azərbaycan hakimiyyətinin ünvanına ittihamlar yağdırmaqla öz məqsədlərinə nail olmağına çalışır. Əlbəttə ki, Azərbaycanda dövlətin mənbəyində xalq dayanır. Ölkəmizdəki xalq –iqtidar birliyi bütün xarici təzyiqlərə cavab vermək əzmindədir və bu monolit birliyi heç kim dağıda bilməz”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub