MƏDƏNİYYƏT


“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener keçirilib

Bakı, 15 iyun, AZƏRTAC

“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş uşaqlar üçün növbəti plener keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşır.

Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunan pleneri giriş sözü ilə açan mərkəzin direktoru Zahid Əvəzov deyib ki, festival çərçivəsində plenerlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində keçirilən plenerlər rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət edir.

Tədbirdə 15 İyun –Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb və gənc rəssamlara uğurlar arzulanıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.