CƏMİYYƏT


Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Nəsimi rayonunda da qeyd edilib

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə keçirilən ağacəkmə aksiyası başa çatdıqdan sonra rayonun Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda konsert proqramı keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonra rayonun 200-dən artıq orta məktəb şagirdinin və gənclərinin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirildi. Fləşmob gənclərin, məktəblilərin və parkda istirahət edənlərin böyük marağına səbəb olub.

Tanınmış müğənnilər, incəsənət ustaları və rayonda fəaliyyət göstərən 2, 3 və 5 saylı Uşaq Gənclər İnkişaf mərkəzlərinin rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Rayon sakinləri 10 milyonuncu sakinin şərəfinə keçirilən atəşfəşanlığa maraqla tamaşa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.