CƏMİYYƏT
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı keçirilən aksiyada 6 mindən çox ağac əkilib
Bakı,12 aprel, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir. Bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 6 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib. Əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib. Ağacəkmə aksiyaları davam edir.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev aprelin 12-də keçirilən mətbuat konfransında deyib.
Nazir müavini meşə fondu torpaqlarının açıq sahələrində aqrobağların salınması məqsədilə sahibkarlara icarəyə verilməsi, yaz ağacəkmə kampaniyası və digər ekoloji məsələlər barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [14:24]
Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO
- 16.04.2024 [14:11]
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir
- 16.04.2024 [13:20]
FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub
- 16.04.2024 [12:53]