MƏDƏNİYYƏT


Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə aprelin 7-də Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert atəşfəşanlıqla başa çatıb.

Şəhər sakinləri və paytaxtımızın qonaqları incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığa maraqla tamaşa ediblər.

On milyonuncu sakinin doğulması münasibətilə gün ərzində Bakı şəhərinin bir sıra rayonlarında ağacəkmə aksiyası və konsert proqramları təşkil olunub.

Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.