REGİONLAR


Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi Lənkəranda bayram əhval-ruhiyyəsi ilə qeyd olunub

Lənkəran, 8 aprel, Bağır Əliyev, AZƏRTAC

Aprelin 8-də Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Lənkəranda ağacəkmə aksiyası keçirilib. Aksiyada Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, ictimaiyyətin nümayəndələri olmaqla, ümumilikdə, 500 nəfər iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı şəhərin Heydər Əliyev prospektində, Hirkan və Xanbulan qəsəbələri ərazisində, Rayon Telekommunikasiya Qovşağının ərazi müəssisələrində, magistral yollarda 2500-dən çox Eldar şamı, sərv, küknar və müxtəlif növ həmişəyaşıl ağacları əkilib.

Həmçinin Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında incəsənət ustalarının iştirakı ilə konsert təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.