CƏMİYYƏT


Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi Özbəkistan portallarında geniş işıqlandırılıb

Daşkənd, 10 aprel, АZƏRTAC

Özbəkistanın qlampir.uz və kun.uz portalları Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə bağlı özbək və rus dillərində materiallar yayıb.

AZƏRTAC yazılara istinadla bildirir ki, məcburi köçkün Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində dünyaya gələn Azərbaycanın 10 milyonuncu sakininə Birinci vitse-prezident Mehriban Əliyevanın şərəfinə Mehriban adı verilib.

Məqalələrdə vurğulanır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşağın valideynləri ilə görüşüblər və onları təbrik ediblər.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Mehriban Həsənovanın valideynlərinə onun Azərbaycanın 10 milyonuncu sakini olması barədə sertifikatı və mənzilin çıxarışını təqdim edib.

Yazılarda Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək bildirilib ki, Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi təkcə uşağın valideynləri üçün deyil, bütün ölkə üçün əhəmiyyətli hadisədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.