İDMAN


Azərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər

Bakı, 15 avqust, AZƏRTAC

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, altı komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstanın və Qırğızıstanın U-17 yığmaları ilə birgə “B” qrupunda yer alıb. “A” qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması da mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə Azərbaycan millisi meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan komandası ilə üz-üzə gələcək. Avqustun 25-də keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Avqustun 26-da saat 16:00-da yığmamız Qazaxıstan millisi ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.