İDMAN


Azərbaycanın 4 cüdoçusu Avropa birinciliyində mübarizəyə qoşulur

10 noyabr, AZƏRTAC

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, mötəbər yarışın ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır. Belə ki, Elcan Hacıyev, Zelim Çkayev 81, Adil Kərimli 100 kiloqram, Camal Feyziyev isə 100 kiloqramdan yuxarı çəki dərəcələri üzrə medallar uğrunda döyüşəcəklər.

Qeyd edək ki, qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Gənc cüdoçularımızdan Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı Avropa birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.