ELM VƏ TƏHSİL


Azərbaycanın 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi işğal nəticəsində məhv edilib

Bakı, 16 noyabr, AZƏRTAC

İlkin hesablamalara əsasən, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilib. Həmçinin 1 milyon hektar yararlı torpaq sahəsi işğal altında qalaraq yararsız hala düşüb. Bundan başqa,130 min hektar suvarılan torpaq, 40 min hektara yaxın üzüm və digər meyvə bağları məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair UNEC-də aparılan müzakirələr zamanı səsləndirib. O qeyd edib ki, hesablamalara görə işğaldan öncə Qarabağ və ətrafındakı rayonların ölkənin ümumi taxıl istehsalında payı 20 faizdən yuxarı idi, kartof, üzüm və digər əkinçilik məhsullarının ölkənin istehsalında payı müvafiq olaraq təxminən 40-45 faiz arasında dəyişirdi.

İlkin hesablamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılan İşçi Qrupu tərəfindən beynəlxalq ekspertlər cəlb olunmaqla aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.