SİYASƏT


Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına töhfələri yüksək qiymətləndirilib

Bakı, 21 avqust (AZƏRTAC). Avqustun 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Paul Selvanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına töhfələri yüksək qiymətləndirilib.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri kimi ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstəyi göstərəcəyini qeyd edib. Nazir tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Ələt qəsəbəsi ərazisindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını bildirib.

General Paul Selva əməkdaşlığa və dəstəyə görə Azərbaycana təşəkkürünü bildirərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin, inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu, xüsusilə kommersiya və ticarət baxımından böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.