SİYASƏT


Azərbaycanın Almaniyadakı səfirliyi prezident seçkilərinin keçirilməsinə hazırdır

Berlin, 20 mart, AZƏRTAC 

Aprel ayının 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının səs verməsinin təmin edilməsi məqsədilə ölkəmizin Berlindəki səfirliyi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür. Səfirlikdə konsulluq qeydiyyatında olan və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının adları seçici siyahısına daxil edilib, həmin siyahı təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Müvafiq seçki dairəsi üzrə səfirlikdə seçki məntəqəsi yaradılıb, məntəqə seçki komissiyasının iclası keçirilərək komissiyanın üzvləri, həmçinin sədri və katibləri müəyyən olunub.

Almaniyada yaşayan, seçici siyahısına daxil edilmiş vətəndaşlarımız seçkilərdə iştirak etməyə dəvət olunublar. Bununla yanaşı, səsvermə günü Almaniyada ezamiyyətdə olacaq Azərbaycan vətəndaşları da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.