MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar artisti Elvin Qəniyevin Sankt-Peterburqda çıxışı heyranlıqla qarşılanıb
Sankt-Peterburq, 5 iyun, AZƏRTAC
Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında Azərbaycanın Əməkdar artisti Elvin Qəniyevin konserti olub.
AZƏRTAC xəbər verir ki, XXV Beynəlxalq “Musiqili Olimp” Festivalında tanınmış gənc skripka ifaçısı Elvin Qəniyev uğurla çıxış edib.
Həmyerlimizin filarmoniyanın Akademik Simfonik Orkestrinin müşayiəti ilə təqdim etdiyi virtuoz ifasını festivalın tamaşaçıları heyranlıqla dinləyiblər.
Azərbaycanın Sabkt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Sankt-Peterburqun incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Baş konsulluğun diplomatları ifaçının zəngin konsert proqramını böyük maraqla izləyiblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq