MƏDƏNİYYƏT


Azərbaycanın Əməkdar artisti Regina Rüstəmova vokalçıların müsabiqəsində birinci yeri qazanıb

Moskva, 9 iyun, AZƏRTAC

Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburqdakı Mariya Teatrının solisti Regina Rüstəmova vokalçıların müsabiqəsində birinci yeri qazanıb.

AZƏRTAC xəbər verir ki, Saratovda, 34-cü Sobinov musiqi festivalı çərçivəsində vokalçıların müsabiqəsi keçirilib. Münsiflər heyətinin səsverməsinin nəticələrinə görə, Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburqdakı Mariya Teatrının solisti Regina Rüstəmova (metsso-soprano) 12 gənc opera müğənnisi arasında ən yaxşısı seçilib.

Çoxsaylı beynəlxalq müsabiqələrin laureatı olan Regina Rüstəmova 2008-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera ifaçılığı sinfini bitirib. Mikkelidə (Finlandiya) Mariya Teatrının Beynəlxalq Yay Akademiyasında təhsil alarkən Yelena Obraztsova, Makvala Kasraşvili, Vladimir Atlantov, Larisa Gergiyevanın ustad dərslərində, həmçinin Mariya Teatrının Gənc Opera Müğənniləri Akademiyasının solistlərinin konsertlərində iştirak edib.

R.Rüstəmova 2008-ci ildən Mariya Teatrının Gənc Opera Müğənniləri Akademiyasının solistidir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.