İQTİSADİYYAT
Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Gürcüstanın Milli Rəqabət Agentliyi arasında memorandum imzalanıb


Tbilisi, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Gürcüstanın Milli Rəqabət Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Tbilisidə "Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Gürcüstanın Milli Rəqabət Agentliyinin rəhbəri İrakli Lekvinadze imzalayıblar.
Sənəddə iki qonşu ölkənin rəqabət qurumları arasında antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi üzrə birgə layihələrin hazırlanması, peşəkar mütəxəssislərin hazırlanması üçün təlimlərin təşkili, təcrübə mübadiləsi və bir sıra vacib məsələlər nəzərdə tutulub.
Tbilisi