SİYASƏT


Azərbaycanın Avstriyada yeni təyin edilmiş fəxri konsulu Xarici İşlər Nazirliyində olub

Bakı, 1 aprel, AZƏRTAC 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Avstriyaya yeni təyin edilmiş fəxri konsulu Mixael Haynrits ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov Mixael Haynritsi Avstriyanın Zalsburq, Tirol və Forarlberq federal vilayətlərini əhatə etməklə Zalsburq şəhərində Azərbaycanın fəxri konsulu qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya son işgüzar səfərinə toxunan nazir səfər çərçivəsində çox faydalı görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanı təmsil etməkdən məmnun olduğunu bildirən M.Haynrits Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın təşviq edilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.