SİYASƏT


Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı F.Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanların tezliklə şəfa tapmaları arzu edilib.

F.Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.