CƏMİYYƏT
Azərbaycanın Baş prokuroru: Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayət faktları üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 37 cinayət işi başlanıb. Ərazidə həyati təhlükənin olmasına baxmayaraq, prokuror və müstəntiqlər tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının videokonfrans formatında keçirilən 18-ci iclasında çıxış edərkən deyib.
Baş prokuror bildirib ki, sentyabrın 27-dən etibarən bu günədək Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər nəticəsində 7-si uşaq, 19-u qadın olmaqla 61 mülki şəxs həlak olub, 300-dən çox mülki vətəndaş ağır yaralanıb. Ümumilikdə 2500-dən çox yaşayış evi və mülki obyektə ciddi ziyan vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]