SİYASƏT


Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşüb

Bakı, 5 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasına səfər edən Baş Prokuror Kamran Əliyevlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov arasında görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Baş prokuror tərəfindən Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna bundan sonra da diqqət və qayğının göstəriləcəyi vurğulanıb.

Bununla da, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.