CƏMİYYƏT


Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub

Bakı, 5 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub.

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib.

Görüş zamanı, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qazilərə şəfa dilənib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi Zəfər münasibətilə şəxsi heyəti təbrik edib, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Qələbənin əldə olunmasındakı rolunu vurğulayıb.

Sonra bir qrup hərbçiyə xidmətdə fərqləndiklərinə görə qiymətli hədiyyələr təqdim olunub.

Baş prokuror Kamran Əliyevə sərhəd bölgəsindəki zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə bağlı ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.