İQTİSADİYYAT


Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub

Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İspaniyanın paytaxtı Madrid şəhərinə səfərin ikinci günü iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Zeytun Şurasının (IOC) icraçı direktoru Əbdüllətif Xedira arasında görüş keçirilib.

Görüşdə zeytun istehsalında və tədarükündə müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.

Tərəflər gələcəkdə bu təşkilat çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.