RƏSMİ XRONİKA


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb YENİLƏNİB

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin