SİYASƏT


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.

Məktubda deyilir: “Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.

Birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.