Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə tanış olmaq üçün Tibb Universitetinin 4 saylı yataqxanasına gəldi. 1993-cü ildən işğal altında olan bütün rayonlardan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 150-dən çox ailə yaşayır. Məcburi köçkün ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini bildirdilər, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Çox sağ olun ki, məni belə qarşılayırsınız. Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq. Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Bütün yataqxanalarda, bütün pansionatlarda həm nazirliyin, həm Heydər Əliyev Fondunun əməkdaşları, həm də Regionların İnkişafı Fondunun əməkdaşları bir-bir gəzəcəklər, araşdıracaqlar, insanlarla görüşəcəklər, bütün problemləri öyrənəcəklər, lazım gəlsə özüm də bütün pansionatları gəzəcəyəm.

Sakinlər: Allah Sizi qorusun!

Mehriban Əliyeva: Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək.

Sakinlər: Allah Sizi qorusun. Biz Sizə minnətdarıq.

Mehriban Əliyeva: Mən sizə öz böyük məhəbbətimi çatdırıram.

Sakinlər: Bütün qaçqınlar, məcburi köçkünlər Sizdən razıdırlar.

Mehriban Əliyeva: Sağ olun, mən onu hiss edirəm. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur.

Sakinlər: Allah Sizə yar olsun, Siz Azərbaycan xalqına çox kömək etmisiniz. Sağ olun, var olun, Prezidentimiz sağ olsun, Allah sizi qorusun.

Dövlətimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlı rayonundan məcburi köçkün Murtuzəli Yusufovun məskunlaşdığı mənzildə oldu.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, sizin yaşayış probleminiz qısa bir zamanda həll olunsun, normal yaşayış şəraiti təmin edilsin. Bilirsiniz, həm Azərbaycan dövləti, həm Prezident, həm də şəxsən mən, bütün bu problemlərlə gündəlik fəaliyyətimizdə məşğul oluruq. Çıxış yolları da var. Bu günə qədər çox işlər görülüb, 300 mindən çox qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram. Çox qısa bir zamanda normal ev şəraiti ilə təmin olunacaqsınız.

Sakin: Allah köməyiniz olsun.

Birinci vitse-prezident Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan digər ailələrə də baş çəkdi, buradakı yaşayış şəraiti ilə yaxından tanış oldu, məcburi köçkün ailələrinin müraciətlərini dinlədi, onların qısa zamanda yeni mənzillərlə təmin ediləcəyini vurğuladı.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban Əliyeva 131 şagirdin təhsil aldığı məktəbədə müəllimlərlə görüşdü.

Mehriban Əliyeva: Mən xüsusi olaraq gəlmişəm ki, yataqxanadakı vəziyyətlə tanış olum. Görürəm ki, belə vəziyyətdə yaşamaq çox çətindir. Uzun illərdir ki, orada yaşamısınız. Ona görə də artıq plana uyğun olaraq çox qısa bir zamanda Qobuda tamamilə yeni salınmış qəsəbədə mənzillərlə təmin edilərsiniz. Məktəbin də orada yerləşməsi üçün mən indi bütün göstərişləri verdim.

Sakinlər: Çox sağ olun, Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Çox sağ olun, siz də bilin ki, sizin sözləriniz, dəstəyiniz, məhəbbətiniz mənim üçün ən əsas güc mənbəyidir. Mən bunu görəndə daha da çox işləməyə hazıram və mənim vəzifəm budur. Hər zaman sizin yanınızdayam.

Tibb Universitetinin 4 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayışı ilə yaxından tanış olan, onların müraciətlərini dinləyən Mehriban Əliyeva bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.

x x x

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinə gəldi.

Mehriban Əliyeva burada da qəsəbə sakinləri ilə görüşdü, müraciətləri dinlədi və onların həlli istiqamətində tapşırıqlarını verdi. Bildirildi ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində daim ardıcıl işlər aparılır və bu qəbildən olan soydaşlarımızın problemləri həmişə dövlətin diqqət mərkəzindədir.

Daha sonra Birinci vitse-prezident məcburi köçkün Şəmsiyyə Mehdiyevanın evində oldu.

Mehriban Əliyeva: Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir.

Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımli işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə tələb edən prosesdir. Amma yenə də bütün lazımi addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam.

Sakin: Sayənizdə hər şey yaxşıdır, çox gözəl şəraiti, havası var. Hədiyyələriniz üçün çox sağ olun. Hər şey yaxşıdır, Allah sizə cansağlığı versin.

Mehriban Əliyeva: Bu iki balaca gözəl bala kimin uşaqlarıdır? Çox gözəl oğlanlardır. Amma indi mənə söylədilər ki, bağça fəaliyyət göstərmir. Göstəriş verəcəyəm ki, çox yaxın zamanda bağça fəaliyyətə başlasın. Çünki bu da vacibdir.

Sakin: Çox sağ olun, Sizin sayənizdə heç bir problemimiz yoxdur. Çox gözəl şəraitimiz var.

Digər sakin: Çox sağ olun ki, bizim qəsəbəyə gəlmisiniz. Bu qəsəbənin təməlini siz qoymusunuz.

Mehriban Əliyeva: Bəli, açılışında da iştirak etmişik.

Sakin: Mən keçmiş Qarabağ müharibəsi döyüşçüsüyəm. Son zamanlar ölkədə gedən proseslər, sosial müavinətlərin artırılması bizi çox sevindirir. Qarabağ müharibəsi veteranlarının, əlillərinin müavinətlərini 50 faiz artırdığına görə möhtərəm Prezidentimizə təşəkkür edirik. Bizim burada yaşayışımız yaxşıdır, narazılığımız yoxdur. Gözəl mənzillərlə təmin olunmuşuq. Qarabağ döyüşçüsü kimi Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirəm. Eyni zamanda, döyüşçü yoldaşlarım da. Möhtərəm Prezidentimiz lazım bilsə, hər zaman torpaqlarımızı azad etməyə hazırıq. Amma, eyni zamanda, indiki vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan Qafqazda lider dövlətdir, dünyada söz sahibidir. Bizim bu vəziyyətə düşməyimiz keçmiş hakimiyyətin təqsiridir. Biz onun bəlasını indi də çəkirik.

Mehriban Əliyeva: Düz deyirsiniz, o zaman Heydər Əliyev iqtidarda olsaydı heç vaxt belə hadisə olmazdı, heç vaxt buna imkan verməzdi.

Sakin: Əgər Heydər Əliyev hakimiyyətə həmin illərdə gəlsəydi, bu bəlalar bizə qismət olmazdı. Mən Sizə, cənab Prezidentə ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Allah Sizin və möhtərəm Prezidentimizin canını sağ eləsin.

Mehriban Əliyeva: Çox sağ olun. Mənim də təşəkkürümü qəbul edin. Bilin ki, həm Prezidentin, həm mənim ürəyimdə daim sizə qarşı böyük hörmət, böyük məhəbbət, böyük istək var. Bütün problemlərin həlli ağır və uzun prosesdir. Böyük maliyyə dəstəyi lazımdır. Biz də istəyirik problemlər daha tez həll olunsun, bu planda olan bütün tədbirlər həyata keçirilsin. Amma yenə də qeyd edirəm, iradə var, bütün bu problemlər ardıcıl olaraq həll ediləcək. Bunu hər bir vətəndaşımız, xüsusilə də işğaldan, münaqişədən əzab çəkən, öz doğma torpaqlarından qaçqın düşən, öz doğma evlərini itirən, uzun illərdir ki, çətin vəziyyətdə yaşayan insanlar çox yaxşı başa düşürlər. Ona görə bu insanlara, sizlərə kömək etmək bizim ən əsas və ən vacib vəzifəmizdir. Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam. Çox sağ olun.

Sakin: Allah sizə, Prezidentimizə cansağlığı versin.

Mehriban Əliyeva: Çox sağ olun, Prezidentin də böyük salamlarını sizə çatdırıram. İnşallah Qarabağda biz eyni belə gözəl mənzillərdə görüşək.

Sakin: İnşallah. 

Birinci vitse-prezidentin adından Şəmsiyyə Mehdiyevanın ailəsinə hədiyyələr təqdim edildi.

Mehriban Əliyeva buradakı digər mənzillərdə yaradılan şəraitlə də yaxından tanış oldu.

Yaşayış kompleksində ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisini təqdim edir

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub

Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub

Gövhər Baxşəliyeva: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti akademiyanın yaranması üçün zəmin formalaşdırıb

Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin işə salınması üçün aparılan işlər müzakirə olunub

Qubada avtomobil su kanalına düşüb VİDEO

Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib

Laçınlı şair: Bugünkü şəhərin özgə hüsnü var

Sağlığında orqanlarını bağışlayanların orqanlarının götürülməsi üçün yaxınlarından icazə alınmayacaq VİDEO

Türkiyənin Orta Doğu Texniki Universitetinin professorunun BDU-da ustad dərsi

Heydər Əliyevin 100 illiyinin Həştərxanda qeyd edilməsi Azərbaycan ilə mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə böyük töhfə verir

İqlim dəyişikliyi nədir?

Həsən Həsənov Ulu Öndər Heydər Əliyev barədə xatirələrini UNEC-in kollektivi ilə bölüşüb

Yazıçı Şərif Ağayar: Laçın hər kəsin qürur yeri olacaqdır...

Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub

Rusiyanın “Böyük Teatrı”na yeni baş direktor təyin olunub

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil olunub

Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında bütün sahələrdə əməkdaşlığın yaxşı perspektivləri var

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

İlhami Cəfərsoy: Şuşa yalnız şəhər deyil, qədim dünyanın elitar bir nəslinin adıdır – dilçi alimlə müsahibə

Hərbi şərhçi: Ötən bir il ərzində Laçında hərbi infrastruktur daha da gücləndirilib

“Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsinin iştirakçıları ilə görüş olub

Elektron Təhlükəsizlik Xidməti ABŞ-ın tanınmış şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Karate üzrə Azərbaycan çempionatına start verilib

İspaniyada Azərbaycanın işgüzar turizm imkanları təbliğ olunub

Aqrar Sığorta Fondu Şəkidə fermerlərə sığorta ödənişlərinə başlayıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar

Gəncə, Daşkəsən, Göygöl və Samuxda bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib

Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir

Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

İsrail Prezidenti və Qətər Əmiri ilk dəfə şəxsən görüşüblər

Sahibkarlarla Rusiyaya yumurta ixracı sahəsindəki vəziyyət müzakirə olunub

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda İİV-ə yoluxma hallarının sayı 3 dəfə azdır

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Stirlinq Fondunun prezidenti: Yuta ştatının dini icması Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlıdır

Özbəkistanlı nazir “ASAN xidmət”də

Azərbaycan dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir- ŞƏRH

Energetika naziri Sabirabadda vətəndaşlarla görüşüb

® Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

“Əlini mənə ver, dostum" adlı tədbir keçirilib

"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaşları dinləyəcək

Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır

Müşavir: Kənd yerlərində rəqəmsal təhsil mərkəzləri yaradılacaq

Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib

Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər

Solmaz Karabaşa: Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm

ATMU-da əcnəbi tələbələr üçün məlumatlandırma sessiyası keçirilib

“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə edilib

İtaliyalı alim BDU-da nanomaterialların tətbiqi ilə bağlı məruzə edib

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir

Baş katib: Velosiped idmanının rayonlarda da inkişafı sevindirici haldır

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

TƏBİB tabeliyində olan tibb müəssisələrində 1804 nəfər qrip əleyhinə peyvənd olunub

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” - təlim

Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Qax rayonunda tələbələr narkomaniyanın mənfi təsiri barədə məlumatlandırılıblar

“Bir ömür xidmətinizdə”...

Rəşad Nəbiyev özbəkistanlı həmkarı ilə kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan iddialara cavab verib

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub

Badamdar qəsəbəsinin sürüşmə zonasında içməli və tullantı su şəbəkələri yaradılır

OPEC+ ölkələri 2024-cü ilin I rübündə hasilatı 2,2 milyon barel azaltmaq barədə razılaşıblar

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

KOBİA sədri: Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir

Çayların su ehtiyatları yeni operativ-interaktiv metodla qiymətləndirilir - tədqiqat

® Mərkəzi Gömrük Hospitalında Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

“Məktəbli könüllü” proqramına start verilir

Qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır

Tərtərdə xeyli sayda sursat aşkar edilib

Naxçıvanda ilk dəfə müsahibə yolu ilə 11 məktəbə direktor təyin olunub

® Kommunal ödənişlərinizi Unibank mobil tətbiqində edin və qazanın!

® Londonda ABB-yə “İlin bankı” mükafatı təqdim olundu

Türkiyə təhlükəsizlik qüvvələri İraq və Suriyada 7 terrorçunu zərərsizləşdirib

Çex Respublikası Cənubi Qafqaz nəqliyyat dəhlizinə böyük maraq göstərir

Azərbaycanın COP28 tədbirində iştirakı Qarabağı ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək imkanı yaradır

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

İRİA: Bizim 70-dən çox unikal mentorlarımız var

Tovuz rayonu və kəndlərinin su təminatı yaxşılaşdırılır

Stirlinq Fondunun prezidenti: Azərbaycandakı dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

The Economist: Sürix və Sinqapur dünyanın ən bahalı şəhərləridir

Polkovnik: Laçın sürətli inkişafı ilə heyrətləndirir

Ölkə ərazisində yağmursuz hava şəraiti davam edəcək

Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi qeyd edilib

Almaniyalı deputatlar Azərbaycanın sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb

Laçın dünyanın ən gözəl rayonlarından birinə çevrilir - RƏY

İcraçı direktor: Süni intellekt alıcılıq qabiliyyətimizi dəyişir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub

Ulu Öndərin yubileyi ilə əlaqədar AZƏRTAC-ın təşkil etdiyi tədbirlər Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub

2023-cü ilin iqlimi: təbiət və insan üçün ciddi fəsadları olan yeni rekordlar 

50-yə yaxın şəxs işə düzəlmək adı altında aldadılıb

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

“Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

® Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası

® “Azercell” BMT-nin Qlobal Sazişinə qoşulub

AMEA Türk Dil Qurumunun “Türk dilinə xidmət” mükafatına layiq görülüb

Macarıstanda “Türk dövlətləri iqtisadiyyatı” kitabı təqdim olunub