CƏMİYYƏT


Azərbaycanın Bursada səfərdə olan nümayəndə heyəti bu şəhərdə müalicə alan Vətən müharibəsi qaziləri ilə görüşüblər

Azərbaycanın Bursada səfərdə olan nümayəndə heyəti bu şəhərdə müalicə alan Vətən müharibəsi qaziləri ilə görüşüblər

Bursa, 3 sentyabr, AZƏRTAC

Azərbaycanı Türkiyənin Bursa vilayətində keçirilən 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalında təmsil edən nümayəndə heyəti bu şəhərdə müalicə alan 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş əsnasında qazilərimizin müalicə prosesi barədə məlumat alınıb, onlara Azərbaycandan gətirilən milli şirniyyatlarımız və Şuşa haqqında kitab təqdim olunub.

Qazilərimiz öz növbələrində müalicələrinin uğurla davam etdiyini bildirib, göstərilən dəstəyə görə Dövlətimiz və xüsusilə “YAŞAT” Fonduna minnətdarlıqlarını ifadə ediblər.

Nümayəndə heyətinin tərkibinə Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, direktor müavini Arzu Təbrizli, “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı şöbəsinin rəhbəri Elvira Məmmədova və şöbənin əməkdaşı İlqar Nəzirov daxildir.

Xatırladaq ki, Bursada bu il üçüncüsü keçirilən festivalda ölkəmiz “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur.

Tədbirin ilk iki günü Türkiyənin Bursa üzrə dövlət rəsmiləri milli stendimizi ziyarət edib. Bu günlər ərzində ziyarətçilər üçün kəlağayı üzərində basma naxış üzrə ustad dərsləri təşkil olunub və kəlağayının tarixi haqqında ətraflı məlumat verilib.

Festival davam edir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.